Əliyev Moskva “Lokomotiv”inə qarşı 84 dəqiqə oynadı

Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Lokomotiv”i ilə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Azər də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

“Ufa” 18 turdan sonra 16 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button