“Əl-Nəsr” daha bir məşhur futbolçu üçün hərəkətə keçir

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu “Barselona”nın yarımmüdafiəçisi Serxio Busketsə müqavilə təklif etməyə hazırdır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barsa” ilə müqaviləsi bu yay başa çatacaq 34 yaşlı futbolçu Kataloniya klubunu tərk etmək qərarına gəlib.

Buskets karyerasını harada davam etdirəcəyinə hələ qərar verməyib, lakin artıq ona MLS-dən təklif var.

O, bu mövsüm kataloniyalıların heyətində bütün yarışlarda 27 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button