Əliyevli “Tambov” yenə xalsız qaldı

Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi “Tambov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Tula “Arsenal”ı ilə qarşılaşıb. “Tambov” bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.

Azər də bu görüşün iştirakçısı olub. O, 65-ci dəqiqədə meydana buraxılıb.

“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 23 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.