1,38 milyon dollarlıq forma FOTO

Əfsanəvi basketbolçu Maykl Cordanın oyun forması hərracda rekord məbləğə satılıb.

Komanda.az xəbər verir ki, məşhur idmançının 1982/1983 mövsümündə Milli Kollegial İdman Dərnəyinin (NCCC) komandasında çıxış edərkən geyindiyi forma 1,38 milyon dollara satılıb. Bu barədə “USA Today” nəşri məlumat yayıb.

İkiqat olimpiya çempionu olan Maykl Cordan “Çikaqo”nun heyətində 6 dəfə Milli Basketbol Assosiasiyasının (NBA) qalibi olub. Beş dəfə NBA-nın ən dəyərli oyunçusu seçilən veteran basketbolçu 2003-cü ildə karyerasını başa vurub.