UEFA Ukrayna millisinin baş məşqçisini cərimə edib

Futbol üzrə Ukrayna millisinin baş məşqçisi Aleksandr Petrakov cərimə olunub.

Komanda.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko sosial şəbəkə hesabında paylaşım edib.

Pavelkonun bildirdiyinə görə, 65 yaşlı mütəxəssis bir müddət əvvəl Rusiya əsgərləri ilə bağlı səsləndirdiyi fikirlərə görə kiçik məbləğdə cərimə ödəyəcək:

“UEFA rusların absurd şikayətinə çoxdan baxıb. Təbii ki, diskvalifikasiya ilə bağlı heç bir qərar yoxdur və ola da bilməz”.

Daha əvvəl Rusiya Futbol İttifaqı Petrakovun futboldan ömürlük kənarlaşdırılması ilə bağlı Avropa futbol qurumuna müraciət edib. Buna onun Ukrayna ordusunun tərkibində Rusiyaya qarşı vuruşmaq arzusunda olduğunu və ən azı 2-3 rus əsgəri öldürə biləcəyini deməsi səbəb olub.

Petrakovun fikirlərini müzakirə edən UEFA baş məşqçinin cərimələnməsinə qərar verib.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button