Mövsümün ilk “el klasiko”suna doğru: Təxmini heyətlər

Bu gün İspaniya La Liqasının 10-cu turundan təxirə salınmış oyununda “Barselona” ilə “Real” qarşılaşacaq.

Komanda.az xəbər verir ki, saat 23:00-da start götürəcək mövsümün ilk “el klasiko”sunu Alexandro Xose Ernandes idarə edəcək.

Daha əvvəl oktyabrın 26-da keçirilməsi planlaşdırılan “Barselona” – “Real” matçı Kataloniyada olan etiraz aksiyaları səbəbindən təxirə salınmışdı. Bu gün oynanılacaq qarşılaşmadan əvvəl də katalanoiyalı azarkeşlərin etiraz aksiyası keçirəcəyi ehtimal olunur. Qarşılaşmada təhlüksəzilik tədbirləri yüksək səviyyədə olacaq və 3 min mühafizə əməkdaşı xidmət göstərəcək.

Həm “Barselona”, həm də “Real” bir sıra itkilərlə bu oyuna çıxacaq. “Barselona”da Artur və Osman Dembele, “Real”da isə Marselo, Eden Hazard, Xames Rodriqes mövsümün ilk “el klasiko”sunu buraxacaq.

Bu gün keçiriləcək “Barselona” – “Real” oyunu saat 23:00-da start götürəcək.

“Barselona”nın heyəti:

Qapıçılar: Mark-Andre ter Ştegen, Neto;
Müdafiəçilər: Nelson Semedo, Jerar Pike, Kleman Lanqle, Jordi Alba, Samuel Umtiti;
Yarımmüdafiəçilər: İvan Rakitiç, Serxio Buskets, Karles Alena, Serxi Roberto, Frenki de Yonq, Arturo Vidal;
Hücumçular: Luis Suares, Lionel Messi, Antuan Qrizmann, Karles Sayol, Ansu Fati.

“Real”ın heyəti:

Qapıçılar: Tibo Kurtua, Alfons Areola, Dieqo Altube;
Müdafiəçilər: Daniel Karvahal, Eder Militao, Serxio Ramos, Rafael Varan, Naço Fernandes, Ferlan Mendi;
Yarımmüdafiəçilər: Toni Kroos, Luka Modriç, Kazemiro, Federiko Valverde, İsko;
Hücumçular: Kərim Benzema, Luka Yoviç, Vinisius Junior, Rodriqo, Qaret Beyl.

“Barselona”nın təxmini 11-liyi
“Real”ın təxmini 11-liyi
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button