Qurbanlının komandası “Şerif”ə böyük hesabla uduzdu

Futbol üzrə Moldova çempionatında 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Şerif”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:7.

Orxan bu görüşün iştirakçısı olmayıb. Onun adı bu görüşün iştirak ərizəsinə də daxil edilməyib.

“Dinamo-Avto” 19 turdan sonra 23 xalla 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button