“Neftçi” yeni transferini açıqladı – VİDEO

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Gürcüstan millisinin hücumçusu Vato Arzeladzeni transfer edib.

Arveladze ilə 1+1 il şərtli müqavilə imzalanıb. 24 yaşlı yarımmüdafiəçi 18 nömrəli formanı geyinəcək.

Vato Arveladze daha əvvəl ölkəsinin “Sasko”, “Lokomotiv” (Tiflis), Türkiyənin “Kasımpaşa”, “Fatih Karagümrük” və Polşanın “Korona” klublarında çıxış edib.