Millidə baş məşqçi istefası

Futbol üzrə Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Xuan Antonio Piççi istefa verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 50 yaşlı mütəxəssisin özü məlumat yayıb.

Piççi Səudiyyə Ərəbistanı millisindəki işinin bitdiyini açıqlayıb.

2017-ci ildən yığmaya rəhbərlik edən Piççinin müqaviləsinin müddəti fevralda bitirdi.

2019-Asiya kubokunda iştirak edən Səudiyyə Ərəbistanı millisi mübarizəni 1/8 final mərhələsində dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button