“Mətbuat məni öldürmək istəyir” – “Real”ın futbolçusu

“Real”ın qolkiperi Tibo Kurtua İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, belçikalı qapıçı, açıqlamasında onu tənqid edən mətbuatı hədəfə alıb:

“Mətbuat məni öldürmək istəyir. Buna baxmayaraq, ən yaxşı qapıçılardan biriyəm. Nə deyirlər, desinlər, özümü güclü hiss edirəm, çünki məşqlərdə çox çalışıram”.

2018-ci ilin yayında 35 milyon avro qarşılığında “Çelsi”dən “Real”a keçən Kurtua, La Liqada 24 qarşılaşmada forma geyinib. O, bu oyunlarda qapısında 30 top görüb, 8 matçda isə “çərçivə”ni toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button