Klublararası dünya çempionatının keçirilmə vaxtı açıqlandı

Klublararası dünya çempionatının keçirilmə vaxtı məlum olub.

Komanda.az xəbər verir ki, Qətərdə təşkil olunacaq turnir 11-21 dekabr tarixlərində keçiriləcək. Bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Turnirdə “Liverpul” (İngiltərə), “Monterrey” (Meksika), “Esperans” (Tunis), “Əl Sədd” (Qətər) və “Yeqen Sport” (Yeni Kaledoniya) klubları iştirak edəcək. Libertadores kubokunun və Asiya Çempionlar Liqasının qalibi olacaq komandalar da Klublararası dünya çempionatında mübarizə aparacaq.

Turnirin açılış oyununda “Əl Sədd”lə “Yeqen Sport” qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button