Emil Balayevə Azərbaycandan dəvət

Qazaxıstan çempionatında mübarizə aparan “Tobol”un qolkiperi Emil Balayev Azərbaycan millisinə dəvət alıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Balayev, Azərbaycan millisinin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ matçına və Litva ilə yoldaşlıq oyununa çağırılıb.

Martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq Azərbaycan millisi 4 gün sonra Bakıda Litva ilə qüvvəsini sınayacaq.

Balayev qış fasiləsində “Tobol” klubuna azad agent kimi keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button