Depressiyadan çıxdı, komandaya qoşulur

Depressiya səbəbiylə keçən mövsümün son oyunlarını buraxan “Atalanta”nın futbolçusu Yosip İliçiçin komandaya qoşulacağı vaxt müəyyənləşib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sloveniyalı futbolçu bu gündən “Atalanta”nın məşqinə qoşulacaq. Artıq İtaliyada olan futbolçu komandanın düşərgəsinə gedəcək.

İliçiç avqustun əvvəllərində komandadan ayrılaraq, ölkəsinə getmişdi. Onun depressiya yaşadığı deyilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button