“Oyunun bir mərhələdən ibarət olması bizim üstünlüyümüz olacaq” – “Şerif”in baş məşqçisi

Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Şerif”in (Moldova) baş məşqçisi Zoran Zekiçin oyundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Zekiç, jurnalistlərin suallarını cavablandırıb:

  • Artıq 3-cü dəfədir ki, “Qarabağ”la görüşürsüz. Bunun sizin üçün üstünlükləri varmı?
  • Bakıda olmaqdan şadıq. “Qarabağ” görüşün favoritidir. “Qarabağ” neçə mövsümdür ki, avrokuboklarda oynayır. “Qarabağ”ı Zaqreb “Dinamo”su ilə müqayisə edə bilərəm. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur və 12 ildir ki, bu komandanı çalışdırır. Ümid edirəm ki, “Qarabağ”la 3-cü dəfəki görüşümüz uğurlu olacaq.
  • “Sileks”lə oyunu izləmisizmi? Hazırkı “Qarabağ”ın güclü və ya zəif tərəfləri hansılardır?
  • Təbii ki, “Sileks”lə oyunu izləmişəm. Keyfiyyətli komanda və məşqçi olanda komanda başqa cür olur. “Qarabağ”ın müsbət və mənfi cəhətləriylə bağlı fikir bildirməyəcəm.
  • Azarkeşsiz oynamağın sizə hansısa təsiri olacaqmı?
  • Əlbəttə, azarkeşsiz oynamaq təsir edir. Futbol azarkeşlər üçün oynanılır və onlar olmayanda başqa hal olur. Bizim komandamız 9 aydır ki, Tiraspolda karantin şəraitində məşq edir. “Qarabağ” hər bir halda, ev sahibidir. Bura gələndə meydança ilə tanış olduq. Meydanın vəziyyəti Çempionlar Liqasının səviyyəsinə uyğun deyil.
  • “Qarabağ”ın heyətində ən çəkindiyiniz oyunçu kimdir?
  • “Qarabağ” güclü komandadır, uzun müddət onlara rəhbərlik edən baş məşqçiləri var. Komandanın heyətində Uroş Matiçi, Filip Ozobiçi və sol cinah müdafiəçisi – Donald Geryeni fərqləndirə bilərəm.
  • Mərhələ bir oyundan ibarətdir. Mərhələnin taleyini 90 dəqiqədə həll etmək istəyəscəksiz, yoxsa 120 dəqiqə və penaltilər seriyasında?
  • Təbii ki, meydanda tək biz olmayacağıq. İki komanda olacaq və heç nə bəlli deyil. “Qarabağ” oyunun favoritidir və bizim üçün oyunun bir mərhələdən ibarət olması bizim üstünlüyümz olacaq.
  • Sabah Riçard Qadzedən istifadə edəcəksiz?
  • Bu, oyunun gedişatıyla bağlıdır. Sabahkı oyunla bağlı müəyyən planlarımız var. Oyunun gedişatında ondan istifadə edə bilərəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button