“Ayaks”ın yeni kapitanı müəyyənləşdi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensial rəqibi olan Hollandiyanın “Ayaks” klubunun yeni kapitanı müəyyənləşib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin kapitan sarğısı Duşan Tadiçə verilib. Komandanın əsas kapitanı Matteys de Liqt bir müddət əvvəl “Yuventus”a transfer olunub.

“Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Kiprin APOEL klubu ilə qarşılaşacaq. “Ayaks” isə bu mərhələdə Yunanıstanın PAOK klubuna rəqib olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button