“Son dəqiqəyə qədər mübarizə apardıq, ancaq alınmadı” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Avropa Liqasının yarımfinalında “Vilyarreal”a (İspaniya) qarşı keçirdikləri cavab oyunundan (0:0, ilk oyun 1:2) sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan mütəxəssis, iki oyunun nəticəsinə görə “Vilyarreal”a uduzaraq, mübarizəni dayandırmaları ilə bağlı bunları deyib:

“Həqiqətən, çox məyusuq, hər şeyi yoxladıq. “Vilyarreal”ı təbrik edirik. Son dəqiqəyə qədər mübarizə apardıq, ancaq alınmadı. Qələbəyə layiq idik, lakin nəticəni xırda detallar müəyyən etdi. Topu düzgün yerlərlə yönləndirə bilmədik. Oyuna kifayət qədər yaxşı başlamamışdıq.

Yeni mövsümdə avrokuboklarda iştirak etmək üçün Premyer Liqada üst pillələri tutmalıyıq. Tək yolumuz budur. Buna görə də, hədəfimizi bilirik”.

“Arsenal” Premyer Liqada 9-cu sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button