
“Zirə” – “Torpedo” matçının biletləri satışa çıxarılır
UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Torpedo” (Gürcüstan) oyununun biletləri sabah – iyulun 7-i saat 12:00-dan satışa çıxarılacaq.
Komanda.az xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.
Satış məntəqələri:
“Zirə İdman Kompleksi”
“Azfar”ın “Baku Arena” filialı
“Zirə” – “Torpedo” oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



