Zidan darıxır

“Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan məşqçilik işinə qayıtmaq istəyir.

Komanda.az “Telefoot”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis yenidən futbola qayıda biləcəyinə ümid etdiyini deyib:

“Fasilə gəlibsə, deməli, lazımdır. Baş verənləri qəbul etməli və bundan sonra nə olacağını görməliyik. Ümid edirəm ki, tezliklə yenidən məşqçilik edə biləcəm.

Adrenalin üçün darıxıram. İşləyəndə futbola başqa tərəfdən baxırsan. Bu, sənin komandan olanda, məşq edib, onu matçlara hazırlamalısan, bu, tamam başqadır. Və mənə bu lazımdır. Artıq iki ildir ki, yoxam. Amma tezliklə qayıdacağıma inanıram”.

Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real”ın baş məşqçisi vəzifəsində çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button