“Yuventus”la “Napoli”dən səfər qələbəsi

İtaliya A Seriyasında 25-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Milan” doğma azarkeşləri önündə “Empoli” ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.

Şənbə günü iki görüş baş tutub. “Atalanta” səfərdə “Torino”ya uduzub. “Roma” isə “Frozinone” ilə səfər matçından çətin qələbə ilə ayrılıb.

Turun əksər oyunları son oyun gününə təsadüf edib. “Kyevo” – “Cenoa” matçında hesab açılmayıb. “Sassuolo” – SPAL görüşündə də qalib gəlməyib. “Sampdoriya” “Kalyari” ilə ev oyununda minimal hesabla qalib gəlib. Lider “Yuventus” səfərdə “Bolonya”nı tək qolla məğlub edib. Turinlilərin əsas izləyicisi “Napoli” isə “Parma”nı böyük hesabla yenib. Turun ən maraqlı görüşlərindən biri Florensiyada baş tutub. “Fiorentina”nın qonağı olan “İnter” isə qələbəni son anda əldən verib.

25-ci tur çərçivəsində keçirilməli olan “Latsio” – “Udineze” matçı, romalıların İtaliya kubokunda “Milan”la qarşılaşacağı üçün təxirə salınıb.

İtaliya A Seriyası, 25-ci tur

22 fevral

Milan – Empoli 3:0
Qol: Pyontek, 49. Kessye, 51. Kastilyexo, 67.

23 fevral

Torino – Atalanta 2:0
Qol: İzzo, 42. Falke, 46.

Frozinone – Roma 2:3
Qol: Çiano, 5. Pinamonti, 80 – Dzeko, 30; 90+4. Pelleqrini, 31.

24 fevral

Sampdoriya – Kalyari 1:0
Qol: Kvalyarella, 66-pen.

Bolonya – Yuventus 0:1
Qol: Dibala, 67.

Kyevo – Cenoa 0:0

Sassuolo – SPAL 1:1
Qol: Peluso, 43 – Petanya, 68-pen.

Parma – Napoli 0:4
Qol: Zelinski, 19. Milik, 36; 73. Ounas, 82.

Fiorentina – İnter 3:3
Qol: De Vrey, 1-öz qapısına. Muriel, 74, Veretu, 90-pen – Vesino, 6. Politano, 40. Perişiç, 52-pen.

Bombardir: Kşiştof Piatek (Milan), Kriştiano Ronaldo (Yuventus) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button