Klub tarixində ilk dəfə A Seriyasına yüksəldilər

Yeni mövsümdə İtaliya A Seriyasında mübarizə aparacaq sonuncu klub da bəlli olub.

Komanda.az xəbər verir ki, B Seriyasının pley-off mərhələsində qalib olan “Spetsiya” elitaya yüksəlib. Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.

“Spetsiya” klub tarixində ilk dəfə elitaya vəsiqə qazanıb. Komanda A Seriyasında iştirak etmək hüququ qazanan 68-ci komandadır.

Bundan əvvəl “Benevento” və “Krotone” A Seriyasına vəsiqə qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button