“Real” Kroosla Modriçi əvəzləyəcək futbolçunu tapıb

“Real” “Bayern”in yarımmüdafiəçisi Yozua Kimmixi transfer etmək fikrindədir.

Komanda.az TZ-yə istinadən xəbər verir ki, “kral klubu” Almaniya millisinin üzvünü Toni Kroos və Luka Modriçin əvəzləyicisi kimi nəzərdən keçirir.

Kimmixin Bundesliqa klubu ilə müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. Onun gələn ilin yayında “Real”a keçidi indiki zaman üçün müzakirə mövzusu deyil. Lakin almaniyalı futbolçu Münhen təmsilçisi ilə yeni sözləşmə imzalamasa, “Bayern” onu satmaq variantını düşünə bilər.

28 yaşlı futbolçu yalnız yüksək səviyyəli və daim Çempionlar Liqasını qazanmağa namizəd olan klubdan təklif gələcəyi halda, “Bayern”dən ayrılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button