Gürcü futbolçu “qızıl top”u qazana bilər? – Açıqlama

“Napoli” jurnalının baş redaktoru Antonio Petrazzuolo gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliyanın “qızıl top” uğrunda mübarizədə şanslarını dəyərləndirib.

Komanda.az “RB Sport”-a istinadən xəbər verir ki, o, futbolçunun adıçəkilən mükafata yiyələnməsi üçün avrokuboklarda da uğurlu çıxış etməli olduğunu söyləyib:

“Xviça 2023/24 mövsümündə də əvvəlki mövsümdə olduğu kimi, yüksək səviyyədə çıxış etsə, “qızıl top” uğrunda mübarizəyə qoşula bilər. Bunun üçün o, qarşıdakı illərdə ardıcıl olaraq yaxşı çıxış etməli, avrokuboklarda uğurlu olmalıdır”.

Kvaratsxeliya başa çatan mövsümdə Çempionlar Liqasında ən yaxşı gənc oyunçu adına yiyələnib. O, bu turnirdə 9 oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button