Yetirməsi “Barselona”ya qayıtmağa hazırdır
Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Dani Olmo yetirməsi olduğu “Barselona”ya qayıtmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə 21 yaşlı yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında deyib. O, hələ heç bir qərarının olmadığını, ancaq “Barselona”nın oyun üslubunun ona uyğun olduğunu bildirib:
“Hələ nə olacağını bilmirəm, qərar verməmişəm. Hazırda “Dinamo” klubunun oyunçusuyam. Ancaq buna baxmayaraq, qapıları heç kimin üzünə bağlamamışam. “Barselona”nın oyun tərzi daha dinamikdir. Bu, məni bu səviyyəyə gətirən Xorvatiya futboluna uyğundur”.
“Barselona”nın yetirməsi olan Olmo, 2014-cü ildə “Dinamo”ya keçib. 2015-ci ildən Zarqeb təmsilçisinin əsas komandasında çıxış edən ispan futbolçu, bu mövsüm 17 oyuna 6 qol vurub, 6 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin