Xorvatiya – Rusiya matçından əvvəl insident

DÇ-2022-nin Xorvatiya və Rusiya milli komandaları arasında keçiriləcək oyunundan əvvəl insident baş verib.

Komanda.az “Sport-express” nəşrinə istinadən xəbər verir ki, yerli polislər Splitdə qonaq komandanın azarkeşlərinin olduğu barı mühasirəyə alıblar. Əyləncə məkanına giriş-çıxışa icazə verilmir.

Bu addımın hansı səbəbdən atıldığı hələ ki, məlum deyil.

Xorvatiya – Rusiya matçı Bakı vaxtı ilə bu gün, saat 18:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button