Xavi 12 milyon avro maaş tələb edir

“Barselona” hələlik baş məşqçi Xavinin yeni müqavilə ilə bağlı maliyyə tələblərini yerinə yetirməyə hazır deyil.

Komanda.az “Cadena SER”-ə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis vergilər olmadan 12 milyon avro maaş tələb edir.

Xavinin məşqçilər korpusunun vergilər olmadan maaşları 30 milyon avro olmalıdır.

Hazırda baş məşqçi ilə “Barselona”nın mövqeyi üst-üstə düşmür.

Xavinin Kataloniya klubu ilə 30 iyun 2024-cü ilə qədər müqaviləsi var.

“Barsa” son mövsümdə İspaniya La Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button