ÇL: “Sabah” – “KuPS” matçının hakimləri açıqlandı 

“Sabah”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS”a qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, UEFA komandalar arasında ilk görüşü Polşadan olan hakimlər briqadasına həvalə edib.

Oyunun baş hakimi Lukaş Kujma olacaq. Ona yan xətt hakimləri Yakub Vinkler və Pyotr Podbyelski kömək edəcəklər. Dördüncü hakim funksiyasını Marçin Şerboviç yerinə yetirəcək.

“Sabah”ın “KuPS”la səfərdə matçını isə İsraildən olan hakimlər idarə edəcəklər. Baş hakim Qal Leybovitz, onun köməkçiləri Roy Hassan və Yossi Babayoff olacaq. Dekel Zino isə dördüncü hakim kimi fəaliyyət göstərəcək.

Komandalar arasında ilk görüş iyulun 21-də Bakıda (saat 20:00), cavab qarşılaşması isə bir həftə sonra Finlandiyada (saat 19:00) keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button