“Qarabağ” Avroliqanın 2-ci təsnifat mərhələsində!

“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, təmsilçimiz turnirin 1-ci təsnifat mərhələsində “Vestri” ilə qarşılaşıb.

Azərbaycan təmsilçisi Bakıdakı ilk oyununda İslandiya kollektivini 3:0 hesabıyla üstələmişdi. Ağdam klubu bu uğurun davamını oxşar hesablı qələbə ilə gətirib və növbəti raunda yüksəlib.

“Qarabağ” növbəti raundda ÇSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq. Sözügedən komanda “Derri Siti” (İrlandiya) ilə mübarizədən qalib ayrılıb.

Avropa Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunu

16 iyul

Vestri – Qarabağ 0:3
Qollar: Jali Muaddib, 5. Pedro Bikalyo, 29. Zəkəriyyə Savo, 56.
Baş hakim: Marek Radina (Çexiya).
Reykyavik. “Trottarvöllur” stadionu.

Vestri: 1. Marvin Steynarsson, 3. Edson, 7. Yakob Stensson, 11. Yohannes Selven, 13. Albert Yohansson, 14. Birkir Eydal, 18. Marino Haqbardsson, 19. Emmanuel Dua, 22. Elmar Qardarsson (k), 45. Qudmundur Eynarsson, 77. Serin Foll.
Ehtiyat oyunçular: 33. Benedikt Snaedal, 4. Fatai Qbadamosi, 6. İbrahima Balde, 10. Tordur Haftorsson, 12. Tibanq Fete, 15. Qudmundur Svavarsson, 17. Qunnar Hauksson, 23. Breki Hermansson, 27. Albin Mörfelt, 29. Konstantin Çeşmedyev.
Baş məşqçi: Daniel Osafo-Badu.
Qarabağ: 99. Mateus Koxalski, 2. Mateus Silva, 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 7. Jali Muaddib, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Zəkəriyyə Savo, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 25. Cebrail Makreçkis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov, 88. Samuel Lobato.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button