“Messinin millidə mümkün qədər uzun müddət qalmasını istəyirik”

Argentina millisinin yarımmüdafiəçisi Aleksis Makallister yığmanın 39 yaşlı kapitanı Lionel Messinin komanda üçün əhəmiyyətindən danışıb.

Komanda.az xəbər verir ki, “DSSports”-a açıqlama verən futbolçu, Messinin yaşına baxmayaraq, hələ də həlledici rol oynadığını bildirib:

“Messi bu yaşında da meydanda fərq yaradır. Bu, komanda üçün çox vacibdir. Onun bizimlə birlikdə meydanda olması böyük əhəmiyyət daşıyır. Leonun millidə mümkün qədər uzun müddət qalmasını istəyirik”.

Messi 2026-cı il dünya çempionatında keçirdiyi 7 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə verib.

DÇ-2026-nın final matçında Argentina millisi İspaniya yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 19-da keçiriləcək və saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button