
Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılacaq – Bu gün
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Komanda.az xəbər verir ki, tədbir bu gün, saat 15:00-da start götürəcək.
Çempionatda “Araz-Naxçıvan”, “İmişli”, “Kəpəz”, “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Sabah”, “Sumqayıt”, “Şamaxı”, “Şəfa”, “Turan Tovuz” və “Zirə” komandaları mübarizə aparacaq.
Premyer Liqanın 2026/2027 mövsümünə avqustun 14-də start veriləcək. Ötən mövsüm “Sabah” çempionatın qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



