“Bu qələbələr təkcə klubların deyil, Azərbaycanın qalibiyyətidir” – PFL rəsmisi

Bu gün Azərbaycan Premyer Liqasının 2026/27 mövsümünün püşkatma mərasimi keçirilir.

Komanda.az xəbər verir ki, mərasimdə iştirak edən Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayev qarşıdan gələn mövsümlə bağlı fikirlərini bölüşüb:

“Oyunlar avqustun 14-də başlayacaq. Ancaq püşkatma ilə yeni mövsümün startını elan edirik. Ötən mövsüm gərgin mübarizə şəraitində keçdi. Artıq bir neçə klubumuz avrokuboklarda mübarizəsinə başlayıb. Uğurlu start veriblər. Bu qələbələr təkcə klubların deyil, Azərbaycanın qalibiyyətidir. Onlara uğurlar arzulayırıq, qələbələrinin davamlı olmasını diləyirik. Premyer Liqaya gəlincə, yenə 12 komandalı formatda keçiriləcək”.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button