
“İnsanlar bəzən “Çelsi”nin nəticələrini qiymətləndirərkən qərəzli olurlar”
“Çelsi”nin sabiq futbolçusu və baş məşqçisi Roberto Di Matteo İngiltərə klubunun son illərdəki nəticələrini dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, uğur qazanmağın artıq bu klubun bir parçasına çevrildiyini söyləyib:
“Çelsi” tarixinin problemi ondadır ki, son 25-30 ildə demək olar ki, hər il kubok qazanmağa öyrəşmişik. Buna görə də, bir az ərköyün olmuşuq. Qalib komanda olmaq DNT-mizin bir hissəsidir. Amma vəziyyət dəyişir.
Bir il əvvəl “Çelsi” Klublararası dünya çempionatını və Konfrans Liqasını qazandı. İnsanlar bəzən bunu unudur və nəticələri qiymətləndirərkən qərəzli olurlar. Digər tərəfdən, ötən mövsüm də heç bir halda “Çelsi” üçün yaxşı keçmədi”.
Roberto Di Matteo 1996–2002-ci illərdə “Çelsi”nin formasını geyinib. O, 2012-ci ildə komandanın baş məşqçisi kimi klub tarixində ilk UEFA Çempionlar Liqası titulunu qazanıb.
Bizi Facebook-da izləyin



