“Barselona”nın müdafiə xəttinə 2 namizədi var

“Barselona” müdafiə xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Kataloniya klubu “Tottenhem”in argentinalı müdafiəçisi Kristian Romero və “Atletik”in ispaniyalı futbolçusu Emerik Laportu əsas transfer hədəfləri kimi müəyyənləşdirib.

“Barselona” Pau Kubarsi üçün vaxtilə İniqo Martinesin oynadığı rola uyğun, təcrübəli müdafiəçi transfer etmək niyyətindədir.

Romero və ya Laportun transferini reallaşdırmaq üçün “Barselona” hazırkı heyətindən bir neçə futbolçu ilə yollarını ayırmalı olacaq.

“Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, 28 yaşlı Romeronun dəyəri 45, 32 yaşlı Laportun isə 8 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button