Klopp Tuxeli müdafiə etdi

Almaniyalı mütəxəssis Yurgen Klopp, İngiltərə millisinin baş məşqçisi Tomas Tuxelə ünvanlanan tənqidlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, pley-off oyunlarında məşqçilərin qərarlarının hər zaman müzakirə mövzusu olduğunu söyləyib:

“Futbol daha mürəkkəbdir. Tuxelin 1:0 hesablı üstünlüyü qorumağa çalışdığına görə tənqid olunduğunu görürəm. Amma o bunu etməsəydi, hücuma davam etsəydi və komanda qol buraxsaydı, həmin insanlar “niyə geri çəkilib hesabı qorumadı?” deyəcəkdilər. Pley-off matçlarında hansı qərarı verməyinizdən asılı olmayaraq, kimsə sizi tənqid edəcək”.

İngiltərə millisi dünya çempionatının yarımfinalında oyunun son dəqiqələrində iki qol buraxaraq, Argentina yığmasına 1:2 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button