
DÇ-2026: Yamalın atası final matçını evdən izləyəcək
İspaniya millisinin hücumçusu Lamin Yamalın atası Munir Nasraui DÇ-2026-nın Argentina yığması ilə keçiriləcək final matçını stadiondan izləyə bilməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, buna səbəb kimi səhhətindəki problemlər olduğunu bildirib:
“Məndə epilepsiya var və daim dərman qəbul etməliyəm. Bəzən tutmalar baş verir. Həyəcan keçirsəm, vəziyyətim qəfil pisləşə bilər. Buna görə də evdə qalmağım daha yaxşıdır. Orada problem yaratmaq istəmirəm”.
İspaniya və Argentina milliləri arasında dünya çempionatının final matçı iyulun 19-da keçiriləcək. Qarşılaşmanın start fiti saat 23:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



