Xarici KİV: “Barselona” “Milan”ın futbolçusu ilə anlaşıb

“Barselona” “Milan”ın futbolçusu Frank Kessye ilə razılığa gəlib.

Komanda.az “Diario sport”a istinadən xəbər verir ki, tərəflər martın 14-də yekun razılığa gəliblər.

Fil Dişi Sahilindən olan yarımmüdafiəçinin “Milan”la müqaviləsi yayda başa çatacaq. Məhz bundan sonra o, azad agent kimi Kataloniya klubuna keçəcək.

25 yaşlı futbolçu 2019-cu ildən “Milan”da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button