“Ürəyim evə qayıtmağımı tələb etdi” – Serxio Ramos

“Real”ın və PSJ-nin ispaniyalı sabiq futbolçusu Serxio Ramos “Sevilya”ya keçidini şərh edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi azarkeşlərlə görüşməyi səbirsizliklə gözlədiyini deyib:

“Bu, mənim üçün xüsusi gündür. Həyatımın ən gözəl günlərindən biridir, çünki evə qayıtmaq həmişə xoşdur. Köhnə dostlarla çoxlu müxtəlif görüşlər və buna bənzər şeylər… Bu, xüsusi bir hadisədir və şadam ki, mən öz arzumu yerinə yetirdim və ayrıldıqdan 18 il sonra evə qayıtdım. Azarkeşlərlə görüşməyi səbirsizliklə gözləyirəm. Prezidentə, vitse-prezidentə və bura qayıtmağımı təmin edən hər kəsə təşəkkür etməliyəm. Həyatda elə şeylər var ki, onları pulla satın ala bilmirsən və ürəyin bir şeydə olanda düzgün qərar verəcəksən. Ürəyim evə, Sevilyaya qayıtmağımı tələb etdi”.

“Sevilya” dünən Ramosun transferini rəsmən açıqlayıb. Müdafiəçi İspaniya klubuna azad agent kimi keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button