UEFA “Qarabağ”a maliyyə vəsaiti ayırdı

Futbol üzrə Avropa Konfrans Liqası turnirinin qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə “Qarabağ” klubuna UEFA tərəfindən maliyyə vəsaiti ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu uğura görə Ağdam klubuna 666 min avro ödənilib. Həmçinin “Qarabağ”a bu turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-off mərhələsinə vəsiqə qazandığı üçün 325 min avro və əlavə bonus olaraq 187 200 avro maliyyə vəsaiti ayrılıb.

Ümumilikdə, UEFA tərəfindən “Qarabağ”a ayrılmış 1 178 200 (bir milyon yüz yetmiş səkkiz min 200) avro vəsait AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button