
“Bosman qaydası” futbol üçün çox pis bir dəyişiklik idi” – UEFA-nın sabiq prezidenti
UEFA-nın sabiq prezidenti Mişel Platini “Bosman qaydası”nın futbola mənfi təsir göstərdiyini düşünür.
1995-ci ildə Avropa İttifaqı ölkələrində klubları ilə müqavilələrinin müddəti bitmiş oyunçulara kompensasiya ödəmədən başqa bir kluba keçməyə icazə verilirdi. Bu qayda belçikalı futbolçu Jan-Mark Bosmanın ölkəsini təmsil edən “Lege” klubu ilə məhkəmə çəkişmələrindən sonra qəbul edilmişdi.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Platini indi hər şeyin sadə olduğunu bildirib:
“Bosman qaydası” futbol üçün çox pis bir dəyişiklik idi. Oyunun ruhu, futbolun və oyunçuların kimliyi, azarkeşlər və oyunçular arasında əlaqə və eyniləşdirmə baxımından.
İndi hər şey sadədir: al, sat – nöqtə. Bu, yeni bir sistemdir, fərqlidir”.
Bizi Facebook-da izləyin



