Fatini istəyən 3 klub var

“Barselona”nın hücumçusu Ansu Fatinin karyerasını davam etdirmək üçün bir neçə variantı var.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc futbolçu hazırda “Vulverhempton”, “Valensiya” və “Sevilya”nın maraq dairəsindədir. Bütün bu klublar ispaniyalı forvardı növbəti mövsüm üçün icarəyə götürməyə hazırdır.

Fati bu mövsüm “Brayton”da icarə əsasında çıxış edir, lakin Roberto de Zerbinin komandası futbolçunu buraxmaq niyyətində deyil.

“Barselona” çətin ki, yeni mövsümdə Ansuya şans versin. Ona görə də, hücumçu, böyük ehtimalla, başqa kluba icarəyə getməli olacaq.

Fati İngiltərə Premyer Liqasının cari mövsümündə 15 oyun keçirib, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button