“Son matça qədər “Bayern”ə hər şeyimi verəcəm” – Tuxel

“Bayern”in çalışdırıcısı Tomas Tuxel Münhen klubunun baş məşqçisi kimi gələcəyindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bu səviyyədə məşqçilik edə bildiyi üçün xoşbəxt olduğunu söyləyib:

“Mən həmişə çalışdığım komandaya hər şeyimi verirəm. Bu səviyyədə məşqçilik edə bildiyim üçün xoşbəxtəm. Başqa klublarla bağlı xəbərləri oxumaq istəmirəm. Son matça qədər “Bayern”ə hər şeyimi verəcəm və bu qərardan məmnunam. Axı bu, sadəcə futboldur. Məşqçilər korpusum və mən ən sərt tənqidçilərik. Bunu sona qədər görəcəyik”.

Tuxel mövsümün sonunda Münhen klubunun baş məşqçi postunu tərk edəcək.

“Bayern” Tuxelin rəhbərliyi altında bu mövsüm Bundesliqanın turnir cədvəlində “Bayer”dən 16 xal geri qalaraq, 2-ci yeri tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button