“Milan”ın futbolçusu Türkiyə klubu ilə anlaşdı

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Milan”dan Leo Duarteni heyətinə qatmağa yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, braziliyalı müdafiəçinin mövsümün sonuna qədər “Başakşəhər”də icarə əsasında çıxış edəcəyi bildirilib. Tərəflər arasında artıq razılıq əldə olunub.

Duarte bu mövsüm “Milan”la 3 oyuna çıxıb. 24 yaşlı müdafiəçi 2019-cu ilin yayından “qırmızı-qaralar”ın formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button