
“Qalatasaray” Foden üçün hərəkətə keçdi
“Qalatasaray” “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Fodeni transfer etmək üçün hərəkətə keçib.
Komanda.az “Fanatik”-ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı futbolçunun mümkün keçidinin şərtlərini öyrənmək məqsədilə artıq “Mançester Siti” ilə rəsmi təmaslara başlayıb. “Qalatasaray”ın prezidenti danışıqların aparılmasını daha əvvəl bir sıra top-futbolçuların “cim-bom”-a transferində iştirak etmiş italiyalı agent Corc Qardiyə həvalə edib.
Bazar dəyəri təxminən 70 milyon avro qiymətləndirilən Foden karyerasında yeni mərhələyə başlamaq variantını nəzərdən keçirir. İngiltərə millisinin üzvünün “Mançester Siti” ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq.
Foden ötən mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 33 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



