
“Argentina millisinin Messi kimi sehrbazı var”
İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand komandanın dünya çempionatının yarımfinalında Argentina yığmasına 1:2 hesablı məğlubiyyətini dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Deməliyəm ki, Argentina millisinə hörmətlə yanaşmalıyam. İngiltərə yığması haqqında danışmağa başlamazdan əvvəl Argentina millisinin çox yaxşı komanda olduğunu deməliyəm. Onların Lionel Messi kimi sehrbazı var. Qazanmağı bilən, futbol oynayaraq qalib gəlməyi bacaran təcrübəli komandadır. Onlara və sadəcə dəli olan azarkeşlərinə böyük hörmətlə yanaşıram. Matç ərzində fantastik idilər”.
Argentina millisi dünya çempionatının finalında İspaniya yığması ilə qarşılaşacaq. İngiltərə millisi isə üçüncü yer uğrunda oyunda Fransa yığması ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin



