“Yuventus” “Tottenhem”in hücumçusunu “qaralayıb”

“Tottenhem”in hücumçusu Riçarlison karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, braziliyalı futbolçunun xidmətində “Yuventus” maraqlıdır.

Bildirilir ki, London klubu da Riçarlisonun ayrılığına etiraz etmir. “Tottenhem” 28 yaşlı hücumçu üçün 20-25 milyon avro tələb edir.

Riçarlison “Tottenhem”ə 2022-ci ildə, “Everton”dan 58 milyon avro qarşılığında transfer olunub. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək qüvvədədir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 12 qol vurub və 5 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button