Türkiyə millisi Yunanıstana qalib gəldi

Futbol üzrə Türkiyə yığması yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, qardaş ölkə millisi doğma meydanda Yunanıstan yığmasıyla qarşılaşıb.

Antalyada baş tutan qarşılaşma “ay-ulduzlular”ın qələbəsiylə başa çatıb – 2:1. Türklərin heyətində 11-ci dəqiqədə Cengiz Ünder, 17-ci dəqiqədə isə Kənan Karaman fərqlənib. Yunanlar isə yalnız əlavə vaxtın son saniyələrində Dimitrios Kurbelislə təsəlli qoluna imza atıblar.

Türkiyə millisi iyunun 2-də Özbəkistan yığmasıyla da yoxlama matçında qüvvəsini sınayacaq. “Ay-ulduzlular” iyunun 8-də AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində doğma meydanda Fransayla, Yunanıstan isə İtaliya ilə üz-üzə gələcək. Ayın 11-də isə Türkiyə səfərdə İslandiyanın qonağı olacaqsa, yunanlar evdə Ermənistanla münasibətlərinə aydınlıq gətirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button