Türkiyə klubu milli üzvü ilə gücləndi

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Cənubi Afrikadan olan yarımmüdafiəçi Leboqanq Phirini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Phiri peşəkar karyerasına 2013-cü ildə Danimarkanın “Bröndbü” klubunda başlayıb. O, dörd il ərzində bu komandada 100-dən çox oyun keçirib. Afrikalı futbolçu 2017-ci ildən Fransanın “Genqam” klubunun uğurları üçün çalışırdı. Cənubi Afrika yığmasının da üzvü olan yarımmüdafiəçi, millidə keçirdiyi 8 oyunda 2 qolla yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button