
Vasileva Azərbaycan Atletika Federasiyasının idman işləri üzrə direktoru təyin olundu
Mariana Vasileva Azərbaycan Atletika Federasiyasının (AFF) idman işləri üzrə direktoru təyin olunub.
Bu barədə Komanda.az-a AAF-dan məlumat verilib.
AAF-nin prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə qurumun iclası keçirilib. Toplantıda qəbul olunan qərara əsasən, Mariana Vasileva federasiyanın idman işləri üzrə direktoru vəzifəsinə təyin edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



