“Tottenhem” milli üzvü üçün 35 milyon avro tələb edir

“İnter” “Tottenhem”in müdafiəçisi Ced Spensin transferi ilə bağlı danışıqlara start verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 25 yaşlı futbolçu üçün 35 milyon avro tələb edir.

Transferlə bağlı digər detallar hələlik açıqlanmasa da, Spensin “İnter”in sağ cinah müdafiəsini gücləndirmək üçün əsas hədəfi olduğu vurğulanır.

Spens ötən mövsüm bütün turnirlərdə 44 oyunda meydana çıxıb. “Transfermarkt” portalının məlumatına əsasən, İngiltərə millisinin üzvünün dəyəri 30 milyon avro təşkil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button