“Messi düşündüyümdən də güclüdür” – İngiltərəli futbolçu

İngiltərə millisinin hücumçusu Entoni Qordon DÇ-2026-nın yarımfinalında Argentina yığmasına 1:2 hesabı ilə uduzduqları oyundan sonra Lionel Messi barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Barselona”nın ingiltərəli futbolçusu, argentinalı oyunçunun performansına heyran qaldığını bildirib:

“Uzun illər Messinin “Barselona”da matçların taleyini necə həll etdiyini izləyirdim. Bu gün isə onun düşündüyümdən də güclü olduğunu anladım.

Məğlubiyyətə görə məyusam. Amma bilirəm ki, bu dünya çempionatını ən azı “Barselona”nı dəlicəsinə sevən biri qazanacaq”.

Argentina millisi DÇ-2026-nın finalında İspaniya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button