Azərbaycan üzgüçüsü Sofiyadakı turnirdə gümüş medal qazanıb

Azərbaycanın yeniyetmə üzgüçüsü Mehri Ağayeva (8 yaş) Bolqarıstanda keçirilən “Sofia Diving Cup” beynəlxalq turnirində gümüş medal qazanıb.

Bu barədə Komanda.az-a Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

O, bir metr tramplindən sula tullanma növündə buna nail olub.

İdmançımız 115.20 xalla 15 idmançı arasında 2-ci yeri tutub.

Eyni kateqoriya üzrə ötən ilki yarışda onun nəticəsi 72.95 xal (11-ci yer) olmuşdu.

Azərbaycan millisi Sofiyadakı yarışda 7 idmançı ilə təmsil olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button